backend

Yatsenyuk: Bu, Rusiyanın Ukraynanı məhv etmək üçün əsas planıdır

Yatsenyuk: Bu, Rusiyanın Ukraynanı məhv etmək üçün əsas planıdır

Rusiya Ukraynaya qaz verilişini dayandırıb.

İyunun 16-da “Qazprom” “Naftoqaz Ukrainı”nı qaz üçün öncədən ödəmə rejiminə keçirdi və Ukraynaya mavi yanacağın verilişini dayandırdı. Yanacağın qiymətinə və borcların qaytarılmasına dair danışıqlar bazar ertəsinin səhərinə qədər davam etsə də nəticə verməyib.

qaynarxett.az Euronews-a istinadən xəbər verir ki, “Qazprom” Stokholm arbitrajına borcun alınması üçün müraciət edib. Rusiyanın baş naziri Dmitri Medvedev bu iddianı dəstəkləyib.

“Əgər bizim əməkdaşlarımız təfəkkürün səsinə qulaq vermirlərsə, o zaman məhkəmə üsulundan istifadə etməli olacağıq”, - o vurğulayıb.

“Qazprom” Kiyevdən borcu ödəmək üçün 1,9 milyard dollar keçirməyi tələb edirdi. Bu tələb yerinə yetirilmədikdə, sadəcə “kran”ı bağladılar.

Aleksey Miller əlavə edib ki, Avropa istehlakçıları hal-hazırda Rusiya qazını tam həcmdə alırlar. Ukrayna tərəfdən qazın alınması sanksiyalaşdırılması “Qazprom”un Avropya qazın çatdırılmasını artıracaq. Millerin sözlərinə görə, Ukraynadan keçən qaz kəməri ilə qazın çatdırılması sutka ərzində 185 milyon kubmetrdən ibarətdir. Əgər Ukraynanın ərazisində artıq qaz qalarsa, Rusiya bunu qeyri-qanuni dövriyyə hesab edəcək.

“Naftoqaz Ukrainı” öz növbəsində Stokholm arbitrajına “Qazprom”dan 2010-2014-cü illərdə “Naftoqaz”a verilən qaz üçün Kiyevin fikrincə, artıq ödənilən 6 milyard dolları qaytarmaq iddiası ilə müraciət edib.

Ukraynanın baş naziri Arseni Yasenyuk bəyan edib:

“Qazın bura heç bir aidiyyatı yoxdur. Bu Rusiyanın Ukraynanı məhv etmək üçün əsas planıdır!”.

Ukrayna baş nazirinin sözlərinə görə, “LİGABisnesİnform”un xəbər verdiyi kimi bu planın realizə edilməsi Krımın anneksiyası ilə başlayıb və enerji sahəsində davam edir.