backend

ANS-in siması Qənirə Ataşova ilə bağlı elə bir xəbər yayıldı ki...

ANS-in siması Qənirə Ataşova ilə bağlı elə bir xəbər yayıldı ki...
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd hadisəsindən sonra ANS telekanalının xuntaçıları dəstəkləməsi kanalın Azərbaycan dövləti tərəfindən bağlanması ilə nəticələnmişdi.

Eyni zamanda, çevrilişə cəhddən bir gün sonra Pensilvaniyada yaşayan və bu cəhddə təqsirləndirilən FETO terror şəbəkəsinin rəhbəri Fətullah Güləndən müsahibə aldığı üçün Azərbaycana qayıtdıqdan sonra ölkədən çıxışına qadağa qoyulan ANS telekanalının jurnalisti Qənirə Ataşovanın bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək ona yardımçı olmasını xahiş etdiyi məlumatı yayılıb.

Məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat üzrə baş müşaviri Yalçın Topçu "ölkə.az" saytına verdiyi müsahibədə bu barədə sualı cavablandırarkən bildirib ki, FETÖ məsələsində prezidentlərin mövqeyi eynidir:

"Belə bir müraciət olsaydı xəbərim olardı. Bu barədə məndə heç bir məlumat yoxdur. Digər tərəfdən isə cənab Prezident Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev öz aralarında bir-birinə "qardaşım" deyə müraciət edirlər. Ona görə də prezidentlərimizin FETÖ məsələsi ilə bağlı mövqeləri də eynidir".