TƏCİLİ: Ermənistanın qorxunc QARABAĞ PLANI: İrəvan Bakı və Ankaraya atom bombası atacaq

1 854

TƏCİLİ: Ermənistanın qorxunc QARABAĞ PLANI: İrəvan Bakı və Ankaraya atom bombası atacaq

“Ermənistanın atom bombası var, bununla Azərbaycan və Türkiyəni vura bilərlər”.
Bu barədə Publika.az-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) əməkdaşı, türkiyəli politoloq Ömür Çelikdönmez deyib


Türkiyəli politoloq qeyd edib ki, nüvə savaşı “soyuq müharibə” dövründə olduğu kimi davam edir: “Bu baxımdan, nüvə müharibəsinin başlaya biləcəyi narahatlığı mövcuddur. Narahatlığın qaynağı isə ABŞ-ın Rusiyanın yenidən güclənmə cəhdlərinin qarşını almaq istəyidir. ABŞ qlobal güc mövqeyini davam etdirmək üçün Rusiya və Çinin yüksəlməsini əngəlləməyə çalışır və burada nüvə təhlükəsi meydana çıxır. Bunların fonunda Ermənistanın nə edəcəyi də təhlükə yaradır. Çünki Ermənistan nüvə silahına malikdir. Cənubi Qafqazda nüvə silahına malik olan yeganə ölkə Ermənistandır. Nə Türkiyə, nə də Azərbaycanın belə silahı var. Ermənistanın nüvə silahının olması ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yayımladığı məxfi sənədlərdə üzə çıxdı”.
TƏCİLİ: Ermənistanın qorxunc QARABAĞ PLANI: İrəvan Bakı və Ankaraya atom bombası atacaq

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 2011-ci ildə məxfi şrifti açılan sənədində SSRİ-nin ilk atom bombasını Ermənistanda yaratdığı deyilir.
“Atom zavodlarının tikilməsi üçün uyğun yer axtarılırdı. Uraldan Qərbi Sibirə qədər bir neçə yerə baxış keçirildi. Lakin SSRİ-də atom silahının yaradılması layihəsinə rəhbərlik edən Beriya Ermənistanı seçdi”, - deyə sənəddə bildirilir.
CİA-nın məxfi məruzəsində qeyd olunur ki, atom silahının yaradılması üzrə zavodun yerləşəcəyi yer kimi dəniz səviyyəsindən 2225 metr yüksəklikdə olan Sevan gölü (Azərbaycanın tarixi Göyçə gölü – red.) yaxınlığındakı ərazi seçildi.
Məruzədə o da bildirilir ki, zavodun burada inşasına səbəb Göyçə gölünün tək qolu olan Zəngi çayı (Razdan) idi: “Çayda 1932-ci ildə Su Elektrik Stansiyası inşa olunmuşdu, 1947-ci ildə stansiyanın gücü 2 milyon kilovata çatdırıldı. Nüvə silahının yaradılması üzrə zavodun inşasına 1947-ci ildə başlandı, 1948-ci ilin mayında tikinti başa çatdı. İstehsal zonaları olaraq Alagöz (Ələyəz) dağının şərq ətəkləri və altı mağara seçildi. Tikinti işlərində Nasist Almaniyasının yeraltı obyektlərini inşa edən alman əsirləri iştirak edirdilər”.
Məruzədə bildirilir ki, 1948-ci ilin yanvarında Ermənistan ərazisindəki nüvə obyektlərinə uran Şərqi Almaniyanın Saksoniya vilayətindən və Çexoslovakiyadan gətirilirdi: “1949-cu ilin iyulunda birinci atom bombası hazırlanmışdı. Nüvə silahı Uralda Maqnitorsk şəhərinin 100 kilometrliyində sınaqdan keçirildi. 1949-cu ilin sentyabrında rəsmi Vaşinqton və London SSRİ-nin nüvə bombasının sınağını keçirməsi faktını təsdiqlədi”.
CİA-nın məxfi məruzəsindən çıxış edən Ö.Çelikdönmez də hesab edir ki, Ermənistanın atom bombasına sahib olması ehtimalı böyükdür: “1993-1996-cı illərdə Ermənistanın baş naziri olmuş Hrant Baqratyan da ölkəsinin 70-ci illərdən bəri atom bombasına sahib olduğunu bildirmişdi. Rusiyanın “soyuq müharibə” dövründə olduğu kimi, bu gün də Ermənistanın nüvə enerjisindən istifadə etməsinə dəstəyi davam edir. İki ölkə arasında nüvə enerjisinin sülh məqsədilə istifadəsinə dair protokol 2011-ci ildə imzalanıb. Hazırda da yeni enerji blokunun inşası istiqamətində işlər davam edir. Türkiyə Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinə görə narahatdır. Çünki bu AES-də təhlükəsizlik aşağı səviyyədədir və stansiyanın istismar müddəti başa çatıb. AES-də yarana biləcək hər hansı sızıntı təhlükəsi Türkiyə ilə yanaşı, bütün bölgənin ikinci Çernobıl qəzası ilə üzləşməsinə səbəb ola bilər. Lakin Ermənistan AES-in fəaliyyətini dayandırmaq niyyətində deyil”.
Türkiyəli politoloq hesab edir ki, Dağlıq Qarabağda başlaya biləcək böyük müharibə zamanı Ermənistan Türkiyə və Azərbaycana qarşı atom bombasından istifadə edə bilər.
“Təhlükəsizlik üzrə mütəxəssislər də Ermənistanın nüvə silahından istifadə edə biləcəyi haqda danışırlar. Bu ölkənin adı nüvə riskləri xəritəsinə də salınıb”, - deyə o vurğulayıb.