backend

Sayt rəhbərinin qardaşını şərləyərək həbs etmək istəyiblər

Sayt rəhbərinin qardaşını şərləyərək həbs etmək istəyiblər

"Sozcu.az" saytının təsisçisi, tanınmış ictimai fəal Elşən Əlisoyun qardaşı Elşad Məmmədova qarşı Ağsu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz həbs əməliyyatının hazırlandığı bildirilir.

Bu haqda saytın təsisçisi öz “facebook” səhifəsində yazıb:

“Dəyərli dostlar, dünən axşam bir nəfər şəxs taksi sürücüsü olan qardaşıma yaxınlaşıb, Kürdəmirə getmək istədiyini bildirib. Qardaşım da təbii ki, sürücüdür və qiymət danışıb razılaşıblar. Bu zaman həmin o şəxs qardaşıma deyib ki, ona narkotik lazımdır, tanışı varsa ona təşkil etsin. Qardaşım bunu eşitdikdə həmin şəxsi maşından düşürərək qovubdur. Həmin şəxs qardaşıma 40-dan çox cavabsız zənglər edib. Qardaşım da həmin nömrəyə zəng edərək onunla mübahisə edib. Onlara da lazım imiş ki, qardaşım həmin nömrəyə zəng etsin. Bu zaman 050-481-71-77 nömrəsindən zəng edən bir şəxs qardaşıma həmin adamın onun dostu olduğunu deyib. Qardaşım onun özünün kim olduğunu soruşduqda telefon söndürülüb. Bu zaman qardaşım evə gələrək məsələni mənə dedi, mən də həmin nömrələrə zəng edib. Kimlikləri ilə maraqlanmaq istədim. Həmin şəxsin nömrəsinə zəng çatmadı. Ancaq bu biri nömrəyə zəng etdikdə bir nəfər götürdü. Ondan nəyə görə narkomanı mənim qardaşımın maşınına yönəltdiyini soruşduqda aramızda mübahisə düşdü. Görüşmək üçün yer təyin etdik. Həmin yerdə gözlədiyim zaman gələn adamın Ağsu Rayon Polis şöbəsinin, Sədi adlı müavininin sürücüsü olduğunu görərək bunun bir plan olduğunu başa düşdüm. Həmin polis mənə yaxınlaşaraq sən kimsən bizim əməliyyatımızı pozursan deyə əsəbi şəkildə dedi. Mən də sən kimsən ki, camaata torpa tikirsən dedikdə yaxında olan polislərin bizə yaxınlaşdığını görüb, qardaşımı da öz maşınıma otuzduraraq özümüz polis idarəsinə getdik. Polis idarəsində Kərim adlı müavinlə görüşüb məsələni dedim və bildirdim ki, biz tək deyilik, Azərbaycanda kifayət qədər mübarizə aparan insanlar var və onlar biz həbs edilsək belə məsələnin əsl üzünü ictimaətə açıqlayacaqlar. Rəis müavini həmin polisi yanına çağıraraq maraqlandı və güya yanlış bir əməliyyat olduğunu, qardaşımın belə şeylərlə məşğul olmadığını və mənim narahat olmamağımı dedi. Polis şöbəsinin qarşısına bizə görə 50-yə yaxın insan topalaşmışdı. Qardaşımı ilişdirmək istəyən şəxs Ağsuda çox adamları ilişdirib. Əslən Şamaxıdan olan bu adamı rayona salaraq, əsasən taksi sürücülərini ilişdirmək üçün istifadə edirlər. Həmin gün o adam başqa bir sürücüyədə yaxınlaşıb ona da həmin təklfi edib. Polis idarəsində isə həmin adamın güya axtarışda olduğunu deyirlər. Başa düşmürəm axtarışda olan adam nə vaxtdan polisin əməliyyatçıları ilə bir yerdə əməliyyat qurur... ? Nə isə, çox xam şəkildə hazırladıqları plan pozuldu. Mən polisin bizimlə işlərinin olmadığı haqda dediyi sözə inanmıram. Ola bilsin ki, yaxın zamanlarda mən və ailə üzvlərimdən hansısa biri, şərlənərək həbs edilək. Hər biriniz tam şəkildə bilin ki, mənim özüm, qardaşlarım narkotik istifadəçisi deyilik və ümumiyyətlə heç vaxt narkotik istifadəçisi olmamışıq”.

Səsləndirilən iddialara qarşı tərəfin münasibətini öyrənmək mümkün olmayıb.

Qayarxett.az