backend

Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı

Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı

Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

Bakının Sabunçu rayonunda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 3 saylı şəhər xəstəxanasından verilən məlumata görə, xəstəxanaya 2 yaralı gətirilib.

Onlardan birinin şəxsiyyəti naməlumdur, digərinin isə Nizami Gülməmmədov olduğu bildirilib.

Hər 2 yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Şəxsiyyəti məlum olmayan yaralının vəziyyətinin olduqca ağır olduğu bildirilir.

Sabunçu Rayon Polis İdarəsindən verilən xəbərə görə, qəza nəticəsində 5 yox, 6 nəfər dünyasını dəyişib.

Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

04:02

qaynarxett.az-nun APA-ya istinadən verdiyi xəbərə görə, qəza Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin “VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata görə, ölənlərin hamısı VAZ-2106” markalı avtomobildə olublar.

“Mercedes”in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qəza ilə bağlı əlavə məlumat veriləcək.