backend

Sumqayıtda milyonlarla dövlət vəsaiti ayrılan nəhəng lahiyə gölməçəyə çevrildi

Sumqayıtda milyonlarla dövlət vəsaiti ayrılan nəhəng lahiyə gölməçəyə çevrildi

Görəsən buna görə kim cavabdehlik daşımalıdır və proyektə məsul insanlar, şirkətlər dövlətin pulunu göyə sovurduğuna görə hansısa şəxslər cəza alıblarmı ?

Əgər yadınızdadırsa bir neçə il əvvəl az qala bütün mətbu orqanlar Sumqayıtda məişət çirkab sularının təmizlənməsi üçün bioloji çirkab sutəmizləyici qurğunun inşasaı haqda həftə səkkiz yazırdı və bu mətbuatın gündəmindən düşümürdü. Xatırladaq ki,“Azərsu” Acıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında , Abşeron rayonunun Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər olan ərazilərdə çirkab suların Xəzər dənizinə axıdılmasının qarşısını almaq üçün yeni layihənin həyata keçirilməsinə başlanıldı. İcrasına 2011-ci ilin ikinci yarısında başlanmış layihəyə əsasən bu ərazidən dənizə axıdılan çirkab suları toplanaraq Sumqayıt şəhərinin cənubunda tikiləcək yeni təmizləyici qurğuya axıdılacaqdı. Layihə başa çatdıqdan sonra ərazidəki istirahət mərkəzlərinin, həmçinin Novxanı qəsəbəsinin və bağ massivlərinin tullantı sularının birbaşa dənizə axıdılmasının qarşısının tam alınacağı düşünülürdü. Bu məqsədlə dəniz sahili boyunca 6 km-dən artıq diametri 1000 mm olan GRP (şüşəlifli) və polietilen borulardan ibarət kanalizasiya xətti çəkilmişdir.qaynarxett.az bildirir ki, Çoratdan başlayaraq şəhərin 6-cı mikrayonunacan böyük ərazi hasarlandı, gərgin iş başladı.Tikintiyə bir neçə şirkət, yüzlərlə fəhlə mütəxəssislər cəlb olundu.Yüzlərlə maşın tikinti materialları sərf olundu. Və axırda... Sutkalıq gücü 100 min kubmetr olması nəzərdə tutulan, inşasına 2012-ci ilin əvvəlində başlanan və milyonlarla manat dövlət vəsaiti xərclənən proyekt iflasa uğradı və çəkilən xərc göyə sovruldu. Daha dəqiq desək böyük gölməçəyə çevrildi. Belə ki, hal-hazırda həvəslə, səs-küylə başlanan həmin bu nəhəng layihədən yalnız böyük gölü xatırladan su yığnağı nişanə qalıb və elə bil burada heç tikinti-zad baş verməyib.Çox maraqlıdır ki,əksər mətbuat orqanları da sanki heç nə olmamış kimi ağzına su alıb susdu. Bildirilir ki,lahiyənin iflasa uğramasına sutəmizləyici qurğunun tikintisi gedən əraziyə yerin altından su dolması səbəb olub. Hal-hazırda ən müasir teхnоlоgiya əsasında inşa edilən və tikintisə bir neçə il əmək sərf olunan sutəmizləyici qurğunun hazır olan hissəsi təmamilə su altında qalıb. Pul da,yüzlərlə insanın zəhməti də puç olub gedib. Hələ biz onu demirik bu nəhəng tikinti zamanı çox güman nə qədər yeyinti olub və üstündən tikintini basan qədər nə qədər su içilib.Bu işin hansı şirkət tərəfindən tərəfindən görülməsini bilmirik,ancaq görəsən buna görə kim cavabdehlik daşımalıdır və proyektə məsul insanlar, şirkətlər dövlətin pulunu göyə sovurduğuna görə hansısa şəxslər cəza alıblarmı ? Çətin ki...
Axı bu həm də bizim pulumuzdur...
Məsələni araşdıracayıq...
Ləman Məsiyeva