backend

''Porcshe'' ilə qızı öldürən gəncin atasının obyektləri - Foto

''Porcshe'' ilə qızı öldürən gəncin atasının obyektləri - Foto
















Criminal.az xəbər verir ki, A.Fərəcov biznesmen Fizuli Fərəcovun oğludur. F.Fərəcov əvvəllər Bakıxanov qəsəbəsindəki ''Badu kubə'' restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq "MOHİTO" və "PARODİZ" klublarını, Novxanıdakı ''Kalyon'' restoranını tikdirib.

Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əməkhaqqını verməkdən niyə imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı.

Criminal.az saytı iddia edir ki, Ağəli Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğludur.

Zakir Fərəcovun yaxın qohumları BakiPost.az-la əlaqə saxlayaraq yayılan məlumatlara aydınlıq gətirib. Onlar sözügedən şəxsi tanımadıqlarını və adıçəkilən obyektlərin onlara aidiyyəti olmadığını bildiriblər: "Zakir Fərəcovun Füzuli Fərəcov adlı heç bir qohumu yoxdur. Biz elə şəxsi tanımırıq. Adını ilk dəfə mətbuatda oxumuşuq”.

BakiPost.az-ın araşdırması nəticəsində məlum olub ki, oğlu bahalı maşınla adam vuran iş adamı Füzuli Fərəcov əslən Naxçıvandandır. Sumqayıtın icra başçısı Zakir Fərəcovun əsli isə Zəngilan rayonundandır. Yəni soyadlar eyni olsa da, qeyd olunan şəxslərin heç bir qohumluq əlaqəsi yoxdur.

Qeyd olunur ki, mərhum X.Məmmədova 2 uşaq anası idi və o, paytaxtdakı gözəllik salonlarından birində işləyirdi.

Xatırladaq ki, dünən 24 yaşlı Xəyalə Məmmədovanı Fərəcli Ağaəli qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə vurub qaçıb. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır. X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.


''Porcshe'' ilə qızı öldürən gəncin atasının obyektləri - Foto

''Porcshe'' ilə qızı öldürən gəncin atasının obyektləri - Foto