backend

“Əhmədzadəyə xəyanət edən adam kimdir ?-İTTİHAM” yazısına TƏKZİB

“Əhmədzadəyə xəyanət edən adam kimdir ?-İTTİHAM” yazısına TƏKZİB
Xəbər portalımızın 13.04.2017-ci il sayında “Əhmədzadəyə xəyanət
edən adam kimdir ?-İTTİHAM” sərlövhəli tənqidi yazı dərc olunmuşdur. Yazıda
göstərilirdi ki, idarənin rəisi Vaqif Səlimov fəaliyyətində ciddi qanun pozuntularına
yol verir. Belə ki, hələ ötən il melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri
vaxtında həyata keçirilməmiş, görülən işlərisə keyfiyyətsiz və az effektli olmuşdur.
Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq
görülmüşdür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, SİB işçiləri yerlərdə
verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında
özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz
qalmasına səbəb olurlar.Həmçinin idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi,
işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi
hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin
köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli miqdarda
pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır
ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik
mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət
maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də
çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və
selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması
işlərində onların köməyinə də bel bağlamaq olmur. Yazıda göstərilən bu və digər faktların
həqiqətə nə dərəcədə uyğun olub-olmamasını araşdırmaq üçün xüsusi müxbirimiz
Xaçmaz Rayon Suvarma Sistemləri İdarəsində olmuş, faktları yerində yoxlamışdır.
Araşdırma zamanı yazıda göstərilən faktların əksəriyyəti həqiqətə uyğun olmamışdır.
Redaktorluğumuz tərəfindən KİV haqqında Qanunun tələblərinə hörmətlə yanaşılaraq
Xaçmaz Rayon SSİ-nin rəhbərliyinə bu barədə üzrxahlıq edilmiş, yazını çapa hazırlayan
əməkdaşa isə axırıncı dəfə töhmət elan olunmuşdur. Lakin bəzi xəbər portalları KİV haqda
Qanunu pozaraq bizim sayta istinad etmədən həmin tənqidi yazını dərc edərək yaymışlar.
Medaz.info xəbər portalı isə lap uzağa gedərək həmin materialı “özününküləşdirib” dərc
etməklə kifayətlənməyib, hətta tədbir görülmək üçün müvafiq instansiyalara göndərmişdir.
Bir daha xatırladırıq ki, “Əhmədzadəyə xəyanət edən adam kimdir ?-İTTİHAM”
sərlövhəli tənqidi yazının müəllifi kimi xəbər portallarındanxahiş edirik ki, redaksiyamızın
mövqeyini nəzərə alsınlar. Bir də bəzi saytların rəhbərlərininnəzərinə çatdırırıq ki, xəbəri
götürərkən istinad etmək mədəniyyət sayılır.
Qaynarxett.az