backend

Ağcabədidə tükürpərdici qəza

Ağcabədidə tükürpərdici qəza




















Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cəsədi xilasedicilər tərəfindən çıxarılıb.

Bu gün Ağcabədi rayonunda dəhşətli yol qəzası baş verib.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Heydər Əliyev prospektində KamAz markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində 07-nin sürücüsü ölüb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cəsədi FHN-in xilasediciləri tərəfindən çıxarılıb.

Rayon polis idarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.