Əmioğlanları tərəfindən zorlanan 15 yaşlı qızı ailəsi öldürdü

1 106

Əmioğlanları tərəfindən zorlanan 15 yaşlı qızı ailəsi öldürdü





















Ailə məhkəməsi dəhşətli qərar çıxarıb.

Türkiyənin Batman Vilayətində dəhşətli cinayət baş verib.

Qaynarxətt.info-un ANS PRESS-ə istinadən verdiyi məlumata görə, əmioğlanları tərəfindən zorlanan 15 yaşlı qız ailəsi tərəfindən qətlə yetirilib.

Belə ki, 15 yaşlı Hasret Daşlı ərindən boşanaraq atası evinə qayıdıb. Burada qonaqlıq zamanı onu əmioğlanları Serhıl Daşlı və Özcan Daşlı zorlayıb. Bu hadisədən sonra qız hamilə qalıb. Bundan xəbər tutan yaxınları məsələyə aydınlıq gətirmək üçün ailə məhkəməsi qurub.

Ailənin ağsaqqalları müzakirədən sonra belə nəticəyə gəliblər ki, zorlanaraq hamilə qalan qızı öldürsünlər. Yalnız bundan sonra ailənin namusu təmizlənər.

Qərara əsasən Hasret Daşlını boğaraq öldürüblər. Onun meyitini çay kənarına atıblar. Polis əməkdaşları qızın meyitini tapdıqdan sonra ekspertizaya göndəriblər. Qızın bətnindəki uşaq DNT testindən keçirilib. Məlum olub ki, uşaq Serhıl Daşlının olub.

Məhkəmədə ifadə verən Serhıl Daşlı bildirib ki, qohumunu zorlamayıb. Onunla könüllü şəkildə əlaqədə olub. Onun öldürülməsindən isə xəbəri olmayıb. Digər əmioğlu Özcan Daşlı da etiraf edib ki, əmiqızı ilə cinsi əlaqədə olub. Lakin bunu könüllü şəkildə edib.

Qətlə yetirilən qızın anası Henife Daşlı məhkəmədə Serhıl Daşlıdan şikayətçi olduğunu bildirib. Məhkəmənin qərarı ilə hər iki əmioğlu həbs edilib.