backend

Azərbaycanda toy mərasimləri ilə bağlı şok qərar

Azərbaycanda toy mərasimləri ilə bağlı şok qərar






















Restoranlara tapşırıq verilib...

Hökumətin yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı başladığı proses toylara da şamil olunacaq.

Qaynarxətt.info xəbər verir ki, şadıq saraylarına mühüm təlimat verilib.

Xəbərdə deyilir ki, sentyabrın 15-dən etibarən şadlıq evlərində keçirilən toy mərasimlərində israfçılığın qarşısını almaqla bağlı tədbirlərə start veriləcək.

Belə ki, süfrəyə qoyulan nemətlərin çeşidi azaldılacaq, qiymətlər isə ucuzlaşacaq. Restoranlara tapşırıq verilib ki, menyu 15-25 manat civarında olmalıdır.

Məlumatda bildirilir ki, bu qaydaya əməl etməyən restoranları ağır cəzalar gözləyir. Onlara tövsiyəyə əməl olunmasa, 4-5 min manat cərimə olunacağı xəbərdarlığı edilib.