backend

İŞİD yaraqlılarının sayı açıqlandı

İŞİD yaraqlılarının sayı açıqlandı




















İslamçıların sayının artması onların cəlb edilməsi səviyyəsinin yüksəldilməsindən xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni hesablamalarına əsasən “İslam Dövləti” tərəfindən döyüşən islamçıların sayı əvvəlkinə nisbətən üç dəfə artıb.

qaynarxett.az BBC-yə istinadən xəbər verir ki, İdarənin mətbuat katibi Rayan Trapaninin sözlərinə görə, Suriya və İraqda yaraqlıların sıralarında 20 mindən 30 minə qədər adam döyüşür.

İdarədə qeyd edildiyi ki, islamçıların sayı, onların iyun ayından bu tərəfə cəlb edilməsi səviyyəsinin yüksəldilməsindən və qruplaşmanın hərbi əməliyyatlarda uğur qazanaraq Xilafət elan etmələrindən sonra artıb.

MKİ-nin məlumatı cari ilin may ayından avqust ayına qədər keçirilən kəşfiyyatların hesabatlarına əsaslanır.