backend

Bakıda yaşıl işıqda dayanan avtomobil belə vuruldu - VİDEO

Bakıda yaşıl işıqda dayanan avtomobil belə vuruldu - VİDEO




















“Prado” qəzadan yayına bilmir.

İşıqforun yaşıl işığında dayanan “Hyundai” “Prado”nun ağır zərbəsinə tuş gəldi.

qaynarxett.az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakıda baş vermiş bu yol qəzası ilk baxışdan belə bir təəssürat yaradır ki, sürücü yol hərəkəti qaydalarını bilmir.

Bilmiş olsaydı svetoforun yaşıl işığında qəflətən dayanıb belə bir qəzanın baş verməsinə səbəb olmazdı.

Bu görüntülər Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb. Kadrlardan görünür ki, sürətlə hərəkət edən “Hyundai” markalı avtomobil işıqforun yaşıl işığında qəfil əyləci basır. Guya, sağa dönməyə çalışır. Əslində, yol nişanı da buna icazə verir.

Yəni, sürücü sağa dönə bilərdi. Amma məsələ burasındadır ki, sağa dönən adam sağ zolaqla hərəkət etməlidir. Orta zolaqla gəlib işıqforun yaşıl işığı yana-yana yolun ortasında qəfil əyləci sıxmaq düzgün deyil. Bunun nəticəsidir ki, arxadan sürətlə gələn “Prado” qəzadan yayına bilmir və toqquşma baş verir.

Əziz sürücülər, çalışın çoxzolaqlı yollarda istiqaməti əvvəlcədən müəyyən edib buna uyğun hərəkət zolağı tutun və dönmə işıqlarından vaxtında istifadə etməyə çalışın. Bu qəzadakı “Hyundai”ın sürücüsü kimi, dayanandan sonra dönmə işığını yandırmaq əksər hallarda faydasız olur.