backend

Hacıqabulda Nurlan Abbasovun “bazarı”

Hacıqabulda Nurlan Abbasovun “bazarı”


















Son ildə Hacıqabulda yüzlərlə hərbi xidmət yaşı çatmış gənc ordudan yayındırılıb.


qaynarxett.az-ya SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin fəaliyyətində diqqəti cəlb edən məqamlardan, məmur süründürməçiliyi ilə bağlı məlumatlar daxil olub. Qeyd olunur ki, rayon şöbəsində həyata keçirilən islahatlar və bu islahatların nəticəsi olaraq bu sahədə səlahiyyətlərin nəzərə çarpacaq dərəcədə məhdudlaşdırılması vətəndaşların hərbi xidmətə göndərilməsi prosesində də müəyyən pozitiv dəyişikliklərə səbəb olub. Lakin bu dəyişikliklər istər miqyasına, istərsə də ictimai fikrin formalaşmasına təsir gücünə görə gözlənilən səviyyədə olmadı.Bu strukturların fəaliyyəti xüsusilə ölkənin rayonlarında hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunur. Məlumatlarda bildirilir ki, rayon şöbəsinin rəisi Nurlan Abbasov hələ də öz neqativ əməllərini səngitməmişdir. Məlumatlarda iddia olunur ki, çağırışçıların konkret hansı hərbi hissəyə göndərilməsi mexanizmlərinə bələd olan Nurlan Abbasov rayondakı imkanlı şəxslərin övladlarını 7-10 min manat müqabilində məsələn, Bakıdakı hərbi hissələrə göndərir. Həmçinin bildirilir ki, Nurlan Abbasov həm də keçmiş respublika hərbi komissarına yaxın olan şəxsdir və bu yaxınlıq ona öz fəaliyyətində kifayət qədər dəstək vermiş olur.
Son ildə Hacıqabulda yüzlərlə hərbi xidmət yaşı çatmış gənc ordudan yayındırılıb.

Məlumata əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsi əsil bazar yerini xatırladır. Belə ki, azacıq imkanları olan və bütün vəzifəli şəxslərin övladları ordudan yayındırılb. Elə adamlar var ki, artıq 5-6 ildir ki, kənddə gün keçirir, amma orduda xidmət eləməyib. Mənbə bildirir ki, elə şəxslər də var ki, onlar saxta dəlilik kağızı alaraq ordudan yaynıblar. Elələri də var kİ, güya gözlərində, ürəklərində xəstəliklər var, amma əslində onlar tam sağlamdırlar.

Məlumatda bildirilir ki, Hacıqabulda hazırda bu səbəblərlə ordudan yayınan yüzlərlə gənc var. Təkcə bir kənddə 20-dən artıq gənc 22-26 yaş arasında olmalarına baxmayaraq, orduda xidmət etməyiblər. Onlar hərbi xidmətdən yayınmaq üçün hər çağırış dönəmində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Hacıqabul rayon şöbəsinin rəisi Nurlan Abbasova 300-500 manat arasında rüşvət verirlər. Məlumatda göstərilir ki, Nurlan Abbasovda bütün bu şəxslərin siyahısı var və onlar hər çağırış zamanı xidmət rəisi tərfindən çağırılır və yalnız pulu ödədikdən sonra həmin yüzlərlə şəxsə yenidən müddət verilir. Qeyd edək ki, baş verənlər barədə redaksiyamıza daxil olan məlumatların müəyyən araşdırmalara, təqdim edilən faktların isə yoxlanmasına ehtiyac vardır. Bütün bunlardan sonra həmin məlumatları növbəti saylarımızın birində sizə təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq