Kadırov Rusiyaya QARŞI – “Mənim öz mövqeyim var” – VİDEO

252

Kadırov Rusiyaya QARŞI – “Mənim öz mövqeyim var” – VİDEO

Çeçenistan lideri Ramzan Kadırov Myanmada müsəlmanlara qarşı törədilən qətliamla bağlı öz fikirlərini bildirib.
Turkustan.info xəbər verir ki, o, özünün instaqram səhifəsində video yerləşdirib. Videoda dövlət başçısı bildirib ki, Myanmaya “ordu yeritmək” barədə tez-tez müraciətlər alır. Kadırov vurğulayıb ki, bu, onun səlahiyyətində deyil və təkbaşına belə qərar verə bilməz. Kadırov onu da əlavə edib ki, əgər Rusiya Myanmada “cinayətlər törədən” “şeytanlar”ı dəstəkləsə, Rusiyanın bu mövqeyinə qarşı çıxacaq: “Rusiya bu cinayətləri törədən şeytanları dəstəkləsə belə, mən Rusiyanın bu mövqeyinə qarşıyam. Mənim öz düşüncəm və mövqeyim var. Əminəm ki, bu gün heç kim qatilləri dəstəkləməyəcək, lakin dövlət siyasətinin bəzi incəlikləri var ki, buna da anlayışla yanaşmalıyıq”.
BakuPost.az