backend

Şotlandiyada referendumun rəsmi nəticəsi: XEYR – RƏSMİ

Şotlandiyada referendumun rəsmi nəticəsi: XEYR – RƏSMİ






















Aleks Salmond məğlubiyyəti etiraf etdi.

Şotlandiyanın birinci naziri Aleks Salmond 1,6 milyon vətəndaşa səsvermədə iştirak üçün təşəkkür edərək, məğlubiyyəti etiraf etdi.

qaynarxett.az BBC-yə istinadən xəbər verir ki, o, həmçinin referendumda davamiyyəti qeyd edərək bildirib ki, bu, dünya üzrə ən yüksək davamiyyətli referendumlardan biri olub.

Seçki məntəqələrinə dördüncü gün 80%-dən çox vətəndaş gəlib.

Ölkənin ayrılması üçün səsverməyə ən böyük dəstəyi Dandi şəhəri verib: orada müstəqilliyin lehinə 57,35% seçici səs verib.

İri şəhərlərdən olan Qlazqo həmçinin müstəqilliyin lehinə səs verib, Şotlandiyanın paytaxtı Edinburq isə əleyhinə səs verib.

Şotlandiyada referendumun rəsmi nəticəsi: XEYR – RƏSMİ