backend

Paytaxtda ağbirçək qadın vəhşicəsinə döyüldü

Paytaxtda ağbirçək qadın vəhşicəsinə döyüldü























“Günahkar tezliklə müəyyən edəcəyik”.

Bu gün səhər saat 08:00 radələrində Bakının Xəzər rayonu ərazisində yaşlı qadın vəhşicəsinə döyülüb.

qaynarxett.az xəbər verir ki, bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat verib.

Verilən məlumata görə, Şağan-2 ərazisində yaşayan 61 yaşlı Əzifə İlyasova naməlum şəraitdə döyülüb. Qapalı kəllə-beyin travması və digər bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin təhqiqatçısı Anar İsayevin verdiyi məlumata görə, hadisə barədə onlara məlumat verilib. Hazırda araşdırma aparılır.

“Qadın xəstəxanada müalicə olunur. Onunla görüşə bilməmişəm. Qadının izahatı alınacaq. Onun kim tərəfindnə döyüldüyü bundan sonra məlum olacaq. Hadisənin səbəblərini və günahkarı tezliklə müəyyən edəcəyik”, - deyə Anar İsayev bildirib.

Faktla bağlı araşdırma aparılır.