Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir

Dunya 29-10-2017, 13:02
Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir











Bu gün Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir.

APA-nın məlumatına görə, I Dünya savaşından sonra Antanta dövlətləri tərəfindən İstanbul, İzmir və digər Osmanlı torpaqlarının işğalı Türk Milli Hərəkatının ortaya çıxmasını şərtləndirib.

Çanaqqala savaşının qəhrəmanlarından olmuş Mustafa Kamal Atatürkün rəhbərliyi altında 19 may 1919-cu ildə Samsun hərəkatı ilə Qurtuluş Savaşı başlayıb. 18 sentyabr 1922-ci ildə bütün düşmən hərbi qüvvələri ölkədən qovulub. 24 iyul 1923-cü ildə imzalanan Lozanna sülh müqaviləsi ilə Türkiyə Cümhuriyyəti beynəlxalq səviyyədə tanınıb. 29 oktyabr 1923-cü ildə rəsmən paytaxtı Ankara olan Türkiyə Cümhuriyyəti elan edilib. Bununla əlaqədar hər il oktyabrın 29-u Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir. Mustafa Kamal Atatürk bu günü ən böyük bayram olaraq dəyərləndirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət və hökumət üzvləri, müxalifət partiyalarının liderləri, millət vəkilləri bayramla əlaqədar Atatürkün dəfn olunduğu Anıtqəbir Kompleksini ziyarət ediblər.

R.T.Ərdoğan xatirə dəftərinə yazıb ki, bu gün çoxlu sayda qurbanlar verərək qurulan son dövlətimizin – Türkiyə Cümhuriyyətinin 94-cü ildönümünü qeyd edirik: “Türkiyə Cümhuriyyəti hər sətiri qəhrəmanlıqlarla, hər səhifəsi fədakarlıqlarla dolu olan çətin bir mübarizənin nəticəsidir. Cümhuriyyətimiz 94 il öncə olduğu kimi bu gün də ayaqları üzərindədir. Tarixin yaddaşına 15 iyul demokratiya dastanı olaraq yazılan şanlı müqavimət bu ruh və iradənin bütün Türkiyədə təcəssüm etmiş halıdır. Cümhuriyyətimizin 94-cü ildönümü qeyd edərkən başda Atatürk və dostları olmaqla, bütün qazilərimizin xatirəsini hörmətlə yad edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Cümhuriyyət bayramımız mübarək olsun!”.
Oxunub: 329
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10