backend

Yas mərasimlərində yeməklər müsadirə edilib hərbi hissələrə göndərilir?

Yas mərasimlərində yeməklər müsadirə edilib hərbi hissələrə göndərilir?






















Nazirlik məlumatı təkzib edib.

Yas mərasimlərindəki israfçılığın qarşısının alınması üçün atılan addımlar hələ də müzakirə mövzusudur. Bu barədə müxtəlif tövsiyələr verilsə də, bələdiyyə sədrləri və müvafiq qurumların nümayəndələri bunun qarşısını almaq üçün bəzən zorakı üsullara əl atırlar. Bütün bunlara baxmayaraq problem tam olaraq öz həllini tapmır. Qadağalara əməl edib sadə yas mərasimi keçirənlər var. Ancaq bunun əksini edənlər rayonlarda hüzr mərasimi üçün bişirdikləri yeməklərin müsadirə olunmasının seyrçisi olurlar. Bəzi saytlarda belə bir məlumat da yer alıb ki, guya müsadirə olunan bu yeməklər hərbçilərə göndərilir.

qaynarxett.az xəbər verir ki, məsələylə bağlı Modern.az-a açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidmtənin rəhbəri, polkovnik-leytenant Vaqif Dərgahlı yayılan xəbərlərdən dolayı təəssüf etdiyini bildirib: “Bu gün Azərbaycan Müdafiə Nazirliyi sistemində həm zabit, həm də əsgərlərin məişət şəraitləri yüksək səviyyədədir. Ona görə də, hərbiçilərin kənardan göndərilən hər hansı qidaya ehtiyacı yoxdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşun ərzaq payı Normaları” Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2013-cü ilin yanvar ayında təsdiq edilib. Sənədə əsasən, gündəlik ərzaq norması mövsüm üzrə deyil, il müddətinə tərtib edilir”.

Vaqif Dərgahlının açıqlamasına görə, sentyabr ayının 17-dən etibarən hərbiçilərə milli yeməklərin verilməsinə başalnılıb. “Bu təqdirəlayiq haldır. Bu gün dövlətimiz hərbiçilərin tam olaraq qayğısına qalır. Hərbiçilərimiz qidadan geyimə qədər hərtərfəli təmin olunur.

Hazırda Azərbaycan əsgəri dünyanın ən öndə gedən ordularının əsgərləri ilə müqayisə ediləcək dərəcədə yüksək təminatlıdır. Cəmiyyətdə belə fikir formalaşdıranları doğru yolda olmağa çağırırıam. Bizim hərbçilərə kənardan heç bir qida gərək deyil. Qeyd etdiyiniz məlumat isə həqiqətə uyğun deyil”.