backend

DİN Mətbuat Xidməti Qaynarxətt.az-ın xəbərinə münasibət bildirdi - SON ANDA

DİN Mətbuat Xidməti Qaynarxətt.az-ın xəbərinə münasibət bildirdi - SON ANDA

Daxili İşlər Nazirliyi (DİN) Qaynarxətt.az xəbər portalında dərc olunmuş "Alqulu İbrahimov (YAP üzvü): "MƏNİ VƏ AİLƏMİ BU QULDURLARDAN XİLAS EDİN!" sərlövhəli yazıda yayılan məlumatlara münasibət bildirib. DİN Mətbuat Xidmətinin Şöbə rəisi, polis polkovnik-leytenantı İlham Babayevin qaynarxett.az saytının elektron poctuna göndərdiyi təkzib məktubunu dərc edirik
:
"Dünən Qaynarxətt.az saytında Laçın rayon Kalafalıq kənd sakini Alqulu İbrahimovun sosial şəbəkədə yer almış müraciəti yayımlanıb. Həmin yazıda müəllif elə ilk sətirdən “hücuma” keçərək Laçın RPŞ-nin əməkdaşlarını müxtəlif cinayətlərdə ittiham edir. Daha sonra Laçın RPŞ-də şikayətinə baxılmadığından gileylənir.
Amma əsl həqiqət ondan ibarətdir ki, Əliqulu İbrahimov müxtəlif vaxtlarda polisin və rayonun digər vəzifəli şəxslərinin nüfuzunu aşağılamağa hədəflənmiş şantaj xarakterli çıxışlar edib, müxtəlif saytlarda yazılar verməklə öz qeyri-qanuni əməllərinə göz yumulmasına nail olmağa çalışıb. Ümumiyyətlə, Ə.İbrahimov əhali arasında mənfi xarakterizə olunur və dəfələrlə inzibati xəta törətməsi, barəsində tətbiq olunmuş inzibati cərimələri əsassız bəhanələrlə ödəməkdən boyun qaçırdığı üçün barəsində toplanmış material rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə həmin şəxs 30 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Ə.İbrahimov qərardan apellyasiya şikayəti versə də müraciəti əsassız sayılaraq barəsində çıxarılan qərar qüvvədə qalmışdır."

Qaynarxett.az


Qaynarxett.az