Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında səhər saatlarında qorxunc hadisə qeydə alınıb. "Ölkə.Az" milli.az-a istinadla xəbər verir ki, təxminən 23-24 yaşlarında gənc oğlan özünü platformaya daxil olan qatarın altına atıb. Lakin səlahiyyətlilərin ayıq-sayıqlığı faciəvi ölümün qarşısını alıb. Polislər intihara cəhd edən gəncin ifadəsini alırlar.