backend

“Sahil” metrosunda bomba həyəcanı - YENİLƏNİB + FOTO

“Sahil” metrosunda bomba həyəcanı - YENİLƏNİB + FOTO




























FHN məlumat yayıb.

FHN Bakıda metro stansiyasına bomba qoyulması ilə bağlı məlumat yayıb.

qaynarxett.az-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu ərazisində, Bakı Metropoliteninin “Sahil” stansiyasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin ərazidə şübhəli əşya aşkar etməyiblər.

01:00

Bakıda “Sahil” metrostansiyasında bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, məlumat daxil olandan dərhal sonra əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları gəliblər.

Əraziyə həmçinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Polis və FHN əməkdaşları əraziyə baxış keçiriblər. Heç bir şübhəli əşya aşkarlanmayıb.

“Sahil” metrosunda bomba həyəcanı - YENİLƏNİB + FOTO