backend

Ekspertlərdən xəbərdarlıq: Ebola Avropada da yayılacaq

Ekspertlərdən xəbərdarlıq: Ebola Avropada da yayılacaq

























İspan tibb bacısı xəstəliyi ölkəsinə gətirib.

İnkişaf etmiş ölkələrdə müasir səhiyyə sisteminin olmasına baxmayaraq, tibbi personal arasında Ebola virusuna yoluxma halları çox güman ki, artacaq.

qaynarxett.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi, virusoloq Piter Payot bildirib.

Virusun kəşfində iştirak edən professor Payotun sözlərinə görə, o, ispan tibb bacısının Ebolaya yoluxmasından təəccüblənmir. Virusoloq Avropa və ABŞ-da yeni yoluxma hallarının baş verəcəyini gözləsə də, xəstəliyin Qərbi Afrikada olduğu kimi sürətlə yayılacağını düşünmür.

İspan tibb bacısı Qərbi Afrikadan kənarda virusa yoluxmuş ilk şəxsdir.

O, həmin regiondan qayıtmış iki ispan missionerini müalicə edirmiş. Həmin şəxslər sonradan virusdan dünyalarını dəyişiblər.

Ümumilikdə Ebola virusunun tüğyan etdiyi dövr ərzində 3400 nəfər həyatını itirib. Virusdan Qvineya, Syerra-Leone, Liberiya kimi dövlətlər daha çox ziyan çəkiblər.