backend

Doğuşda ölən ananın qohumları: 2 meyiti öldürən həkim çıxsın ortaya - VİDEO

Doğuşda ölən ananın qohumları: 2 meyiti öldürən həkim çıxsın ortaya - VİDEO






















“Birdən-birə xəstənin halı dəyişdi”.

Dünən Xaçmazda ana və uşaq ölümü baş verib.

qaynarxett.az ANS TV-yə istinadən xəbər verir ki, səhər saat 8-də Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının doğum evinə gətirilən 33 yaşlı Arzu İsmayılova doğuşdan bir müddət sonra dünyasını dəyişib. Onun dünyaya gətirdiyi körpəsi də doğuş zamanı ölüb. Mərhumun qohumları və ailə üzvləri ana və uşağın ölümündə birbaşa doğum şöbəsinin həkimlərini günahlandırırdılar.

Ailə üzvlərinin aqressiv davranışlarını görən hadisə yerində olan polis əməkdaşları da onları sakitləşdirə bilmirdilər. Yaxınları gənc anaya vaxtında tibbi yardım edilməməsindən, liftin işləməməsindən narazılıq edirdilər.

“Arzu üç mərtəbə pilləkəni özü öz ayağı ilə çıxıb, UZİ-yə salıblar. Deyirdilər ki, uşaq tərpənir. 9 aydı bu adam UZİ-yə gəlib. Aparata düşüb”, – deyə mərhumun bacısı Aytən Şahbazova qeyd edib.

Mərhumun atası Rahim Lalayev deyir ki, xəstəxanada lift işləmədiynə görə, qızını pilləkənlərlə yuxarı mərtəbələrə çıxardılar. Həkimlər isə saat 1-dən 3-ə kimi olmayıb.

“Mən istəyirəm ki, bu 2 meyiti öldürən həkim gəlib çıxsın ortaya. Baxsın, vicdanı oyansın” - deyə mərhumun qohumu Şəmsəddin Babayev bildirdi.

Doğum şöbəsində həkimləri görməsək də otaqların birində Ginekoloq İradə Bayramovanı axtarıb tapdıq. İradə Bayramova Arzu İsmayılovanın xəstəxanaya gələn zaman körpəsinin ana bətnində ölü olduğunu deyir.

“Normal doğuşu apardıq. Xəstəni yerləşdirdik, qolunda sistemi, iynələri öz qaydasında. 40 dəqiqə keçdi, vəziyyəti yaxşı idi, birdən-birə xəstənin halı dəyişdi” – deyə həkim İradə Bayramova söylədi.

Fakt Xaçmaz Rayon Prokurorluğunda araşdırılmağa başlanıb. Meyitin tibbi müayinəsindən sonra hadisəyə hüquqi qiymət veriləcək.