backend

Türkiyə aviabazalarını ABŞ-a verməsi barədə məlumatı təkzib etdi

Türkiyə aviabazalarını ABŞ-a verməsi barədə məlumatı təkzib etdi
























Ankara ölkə ərazisində təlim düşərgəsinin salınmasına razılıq verib.

Türkiyə hakimiyyəti ABŞ-a və onun müttəfiqlərinə “İslam dövləti” (İD) yaraqlıları ilə mübarizə məqsədilə ölkənin cənubunda yerləşən İncirli aviabazasını verməsi barədə məlumatı təkzib edib.

qaynarxett.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə türk baş naziri Əhməd Davudoğlunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Ankara Ankara ölkə ərazisində İD qarşı mübarizə aparan suriyalılar üçün təlim düşərgələrinin yerləşdirilməsinə icazə verib. Hazırlığın harada və kimin tərəfindən keçiriləcəyi dəqiqləşdirilmir.

Oktyabrın 13-də Associated Press anonim mənbələrə istinadən bildirib ki, Ankara Vaşinqtona İncirli də daxil olmaqla aviabazalrına İD yaraqlılarına hava əməliyyatlarını həyata keçirmək üçün giriş təqdim edib.

“Əl-Kaidə” ilə əlaqəsi olan “İslam dövləti” terror qrupu iyunun əvvəlində Suriya və İraqın bir hissəsini işğal edib. İslamçılara qarşı beynəlxalq koalisiyaya rəhbərlik edən, ABŞ avqust ayının 8-də İraqda ekstremistlərə qarşı hərbi hərəkata başlayıb.

Sentyabrın 23-də ABŞ Suriyada yaraqlıların avtomobil karvanlarına, təlim düşərgələrinə, idarə məntəqələrinə, eləcə də mobil neftemalı zavodlarına aviazərbələr endirməyə başladı. Artıq üç həftədən çoxdur ki, islamçılar kürd muxtariyyətinin paytaxtı hesab edilən, Kobanini mühasirədə saxlayırlar. əgər onu tam işğal etməyə nail olsalar, türk-suriya sərhəddinin böyük bir hissəsi yaraqlıların əlinə keçəcək.