backend

Rus qızını anasının gözləri önündə öldürən azərbaycanlı 15 il “aldı” - VİDEO

Rus qızını anasının gözləri önündə öldürən azərbaycanlı 15 il “aldı” - VİDEO






















Qətl anı videokameraya düşüb.

Xantı-Mansiysk muxtar vilayətində gənc qadının rezonans doğuran qətlinə dair hökm oxunub.

qaynarxett.az oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı bir müddət öncə onu zorlamda günahlandıran və hüquq-mühafizə orqanlarına şikayət edən qıza çoxsaylı bıçaq zərbələri vurub. Bu hadisənin şahidi qızın anası olub.

Rusiya Femidası 19 yaşlı müttəhim Maarif Məmmədovu döymə və qətlə yetirmədə günahkar bilib.

Amma onu zorlama epizodu üzrə bəraət qazandırıblar, bunu “Nakanune.ru” Xantı-Mansiysk məhkəməsinin mətbuat xidmətinə istinadən bildirib.

Nəticədə Məmmədov Rusiya Federasiyası CM-nin 116 m. 1 b. (“Döymə”), 119 m. 1 b. (“Ölümlə hədələmək”) və 105 m. 1 b. (“Qətl”) maddələri ilə ittiham edilib. Bu cinayətlərə görə o, 13 il 2 ay həbs cəzası alıb.

Bundan başqa müttəhim Xantı-Mansiysk rayon məhkəməsi tərəfindən 28 may 2014-cü ildə təyin edilmiş 2 il 5 ay həbs cəzası da alıb. Ümumilikdə Məmmədov koloniyada 15 il 5 ay keçirəcək.

Xatırladaq ki, 23 yaşlı Yuliya Pıxteyeva qətli 2014-cü ilin may ayının 14-də baş verib. Yaxınlıqdan keçən avtomobildən hadisə kameraya alınıb və internetdə yayılıb. Səs-küy isə qatilin qafqazlı olması ortaya çıxandan sonra daha da artıb.