backend

Müəllimlər İnstitutunun Zaqatala filialında korrupsiya

Müəllimlər İnstitutunun Zaqatala filialında korrupsiya















Orucəli Rzayev filialda yeni rüşvət qaydaları müəyyənləşdirib

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında yeni rüşvət qaydaları müəyyənləşib. Yeni rüşvət qaydalarını filialda özünə yaxın bir neçə şəxsin əli ilə həyata keçirən Orucəli Rzayev təhsil ocağını "bazara" çevirib. Redaksiyamıza daxil olan məlumatlarda aydın olur ki, Orucəli Rzayev keçən sessiya imtahanlarında yaxşıca rüşvət toplaya bilib. Məsələn, onun müəyyənləşdirdiyi məzənnəyə görə hər bir tələbə tarix, ədəbiyyat fənnindən imtahana 180 manat, riyaziyyat fənnindən imtahana 200 manat, digər fənn imtahanlarına 150-200 manat müqabilində rüşvət verib. Və bu prosess qarşıdan gələn qış sessiya imtahanları üçün də keçərlidir. Daxil olan məlumatlarda o da qeyd edilir ki, Orucəli Rzayev filialda çalışan işçilərin məvacibindən hər ay özü üçün müəyyən qədər "şirinlik" almaqdan belə çəkinmir. Filialda 60 işçinin çalışdığını nəzərə alsaq, Orucəli Rzayev hər ay nə qədər qazancı olduğunu hesablaya bilərsiniz.
Onu da bildirək ki, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında direktor işləyən vaxtda da filialda baş verən belə biabırçılıqlara görə işdən qovulan Orucəli Rzayev sonradan Zaqatala filialına direktor göndərilib. Onu o zaman Təhsil Nazirliyindən İlyar Vahabov, Azərbaycan Müəllimlər İnstitutundan isə Aqiyə Naxçıvanlının müdafiə etdiyinə dair fikirlərə mətbuat da toxunmuşdur.
Ardı var