backend

Ağcabədi Subartezian Quyularının Təmiri idarəsinin rəisi camaatın cibinə "girir" - Şikayət

Ağcabədi Subartezian Quyularının Təmiri idarəsinin rəisi camaatın cibinə "girir" - Şikayət
Ağcabədi rayonunda məmur özbaşınalığı haqda dəfələrlə yazı dərc etmişik. Bu dəfə redaksiyamıza daxil olan məlumat Ağcabədi Subartezian Quyularının Təmiri idarəsinin rəisi Əli Əliyev barədədir.

Bu barədə Qaynarxett.az-ın əməkdaşına rayon sakinləri qeyd ediblər ki, sözügedən idarənin müdiri rayon sakinlərini bezdirib.

Sakinlər bildiriblər ki, Əli Əliyev saxta sənədlər hazırlayaraq, şişirdilmiş qiymətlər tətbiq etməklə əhalini soymaqla məşğuldur. «Bizi yaşadığımız evlərdə su olmadığı halda, debutor borc adıyla 200 manat pul yazılıb. Halbuki evimizdə heç bir zaman su olmayıb. Çünki suya maşınla alıb, istifadə etmişik».

Rayon sakinləri vurğulayırlar ki, Əli Əliyevin əməlləri bununla bitmir və onun qeyri-qanuni hərəkətlərindən yüzlərlə agcəbədili əziyyət çəkir. Onlar qeyd edirlər ki, Ağcabədi Subartezian Quyularının Təmiri idarəsinin rəisi Əli Əliyevin müdir təyin edilməsi heç də təsadüfi olmayıb. Onların iddiasına görə, idarə rəisi «Azərsu»da ona himayədarlıq edən şəxsə yuksək məbləgdə pul verib. «Bu adam vəzifəsinə ticarət obyekti kimi baxır. Əgər yoxlama aparılarsa, daha dəhşətli faktların üzə çıxması şübhəsizdir».

Ardı davam edəcək.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazır.

Qaynarxett.az