backend

Sabirabadın baş həkimi üçün həbs təhlükəsi

Sabirabadın baş həkimi üçün həbs təhlükəsi












Sabirabad Rayon Mərkəzi Xəstəxanasının adı son zamanlar müxtəlif qalmaqallarda hallanır. Mediada adıçəkilən səhiyyə ocağı ilə bağlı sonuncu qalmaqallı olay isı burada doğuşdan sonra həyatını itirmiş körpəylə bağlı olub. Belə ki, oktyabrın 9-da Saatlı rayon Qazanbatan kənd sakini Könül Cavadova Sabirabad Rayon Mərkəzi Xəstəxanasında doğuş həyata keçirib və dünyaya gətirdiyi körpə cəmi 4 gün yaşayıb. Doğuşdan sonra uşağın ölüm faktı gizlədilib və məsələ yalnız mediaya müraciət etdikdən sonar baş vermiş olay ictimailəşib.

Məsələ ictimailəşdikdən sonra isə xəstəxananın baş həkimi Əziz Mikayılov qalmaqalı fərqli formada "həll etməyə” çalışıb. Belə ki, körpəsini itirmiş xanımın qaynatası Həziyev Valeh Təriş oğlu tərəfindən ölüm faktını təkzib edən məlumat yayılıb. Həmin məlumatda nəinki rüşvət, hətta uşağın ölüm faktı belə təkzib olunur: "planlaşdırılmış şəkildə qeysəriyyə əməliyyatı keçirilmiş və əməliyyatdan sonra ana və uşaq sağlam şəkildə 4-ci sutkadan sonra evə buraxılıblar”.
Amma mətbuatın həmin "təkzib”dən sonra apardığı araşdırma ortaya daha ilginc nüanslar çıxarıb. Məsələn, məlum oldu ki, V.Həziyevin "təkzibi” Sabirabad rayon mərkəzi xəstəxanasının baş həkimi Əziz Mikayılov tərəfindən 450 manata alınıb. Yəni K.Cavadovanın əməliyyatı zamanı onun ailəsindən alınan pulun bir hissəsi geri qaytarılıb. Həmçinin onu da öyrəndik ki, 450 manata həqiqəti danan V.Mirzəyev nəvəsinin nəşindən də imtina edib və məsum körpəni K.Cavadovanın ata ailəsi Saatlı rayonunun Minbaşı kənd qəbirstanlığında dəfn edib.
Maraqlıdır ki, ananı xəstə kimi qəbul edərkən o müayinə edilmiş və ona bildirilmişdir ki, özünün və uşağın durumu yaxşıdır. Xəstəyə qeysəriyyə əməliyyatı təklif olunmuş və bu əməliyyatla ana və uşağın həyatına tam təminat verilib. Amma nəticə göz önündədir: həkim məsuliyyətsizliyi və səhlənkarlığı daha bir körpəni ölümün cənginə verdi.
Amma körpəsini itirmiş ana məsələyə belə asanlıqla nöqtə qoymaq niyyətində deyil. Məlumata görə, Könül Cavadova körpəsinin ölümündə məsuliyyəti olan şəxslərin layiqli cəzalarını almaları üçün Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa müraciət etməyə hazırlaşır. K.Cavadovanın övladı ilə bağlı faktı 450 manata ört-basdır etmək istəyən baş həkim övladını itirən ananın heç nə müqabilində susmayacağını düşünmürmü?
Məsələni gedişatı ilə bağlı əlavə məlumat verəcəyik.