backend

Sonsuzluğa son qoymağın yolları – Ginekoloq və deputat çıxış yollarını sadalayır

Sonsuzluğa son qoymağın yolları – Ginekoloq və deputat çıxış yollarını sadalayır





















Həkimin fikrincə...

İki tərəf bir il ərzində övlad sahibi ola bilmirsə, bu, sonsuzluqdur. Sonsuzluq özü iki cür olur: birincili sonsuzluq (qadın heç vaxt hamilə qala bilmir), ikincili sonsuzluq (sona çatdırılmamış). Səbəbləri arasında boru keçməzliyi və uşaqlıqdakı problemləri misal göstərmək olar. Uşaqlıqda olan polip, mioma, arakəsmələr və s. sonsuzluğa gətirib çıxarır. Endokrin vəziyyətlə bağlı endokrinoloji sonsuzluq və immunoloji sonsuzluq da olur. Ancaq bir qadında bir neçə səbəb də ola bilər.

qaynarxett.az xəbər verir ki, bu barədə Modern.az-a Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, mama-ginekoloq Leyla Məmmədova məlumat verib.

Həkim sonsuzluq problemində kişi sonsuzluğunun rolunu da xüsusi vurğulayıb:

“Əvvəllər kişilər həkimə getmir, qadınsa illərlə müalicələr alırdı, nəticə isə olmurdu. Bu problemlər müəyyən mənda indi də var. Kişilər həkimə geməkdən çəkinirlər. Sonsuzluğun müalicəsinin uzun müddət almasının əsas səbəblərindən biri də kişilərin müayinəyə getməkdən imtina etməsi, digər səbəbi isə həkimlərin yardımçı reproduktiv vasitələrdən gec istifadə etmələri, yaxud son variant üçün saxlamalarıdır”.

Leyla Məmmədova ölkədə aparılan müalicə müeodlarında ciddi nöqsanlar olduğunu da vurğulayıb:

“Aparılan müalicələr korrekt deyil, bir neçə il əvvəl qadında hansısa infeksiya olubsa, qanında antitellər olduğu üçün yenə həmin infeksiyaya görə dərman yazılır. Bir qadın 7-8 il davamlı həkimə gedir. Hər həkimə gedəndə isə yazılan reseptlər eyni olur. Əgər boru bağlıdırsa, onun açılması üçün uzunmüddətli müalicələr edilir. Elə qadınlar olur ki, il ərzində ona 6 dəfə ovulyator - stimulyator (folekulun yetişdirilməsi və oartladılması) edilir. Bu yolverilməzdir. Digər səbəb kimi erkən nikahları eyni zamanda piylənməni göstərmək olar. Folekulun yetişməməsi, partlamamsı isə endokrinoji problemlərə aid edilir”.

Həkimin fikrincə, Azərbaycanda reproduktiv sağlamlıqla bağlı probelmi olan yeniyetmələr diqqətdən kənar qalır:

“Qızlar və oğlanlar erkən yaşlarda müalicə almır, ailə qurduqdan sonra isə həmin səbəblər aşkarlanır. Əgər qadında uşaqlıq borusunun keçməməzliyi varsa, kişidə spermaqrammanın göstəriciləri aşağıdırsa, ona vaxt itirmək olmaz. Bunun üçün ekstrokarparal mayalanma həyata keçirilməlidir. Süni mayalanma isə ilk dəfədən tutmaya bilər. Elə ailələr olur ki, 3 cəhddə mayalanma baş vermir, amma 4-cü dəfədə tutur. Bu həm də süni mayalanmaya hazılıqdan asılı olan məsələdir”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, tibb elmləri namizədi Musa Quliyev Modern.az-a deyib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun indi gündəmdə deyil:

“Çünki layihədə razılaşdırılmayan məqamlar var. Əsas problem isə cinsi hüceyrənin donorluq məsələsidir. Təklif olunur ki, yalnız süni reproduktiv texnologiyaların köməyi ilə dünyaya uşaq gətirilməsi (süni mayalanma) dövlət vəsaiti hesabına həyata keçirilsin. Bu, qanun layihəsində öz əksini tapsa da, ilk növbədə kimə şamil olunacağı qanunun icrasına başlanandan sonra müəyyən oluncaq. Amma bötüvlükdə dünya təbabət texnologiyaları ailəlik müddətinin 10 ili ərzində uşağı olmayan, bütün tibbi vasitələr sınaqdan çıxarıldıqdan sonra tövsiyə oluna bilər”.

Musa Quliyevin sözlərinə görə, bu qanun qəbul olunmaya da bilər:

“Qanun qəbul olunana qədər icbari tibbi sığorta işə düşərsə, bu məsələ öz aktuallığını itirəcək. Kimin icbari sığortası olacaqsa, öz problemini həll edə biləcək”.