backend

Sabirabadın mərkəzi rayon xəstəxanasında nələr baş verir?

Sabirabadın mərkəzi rayon xəstəxanasında nələr baş verir?






















Baş həkim Əziz Mikayılovun utancveriçi əməlləri

ALLAH heç kimin yolunu Sabirabadın mərkəzi rayon xəstəxanasına salmasın. Bəli, təkcə istəyim budur. Xəstəxana kolxoz bazarından heç nəyi ilə fərqlənmir. Özünü bazarkom kimi aparan Baş həkim Əziz Mikayılovun qəbuluna düşmək sizlərə elə də asan gəlməsin. Nəyin ki, günlərlə, hətda aylarla gözləməli olursan. Müavini Qalib həkim isə ancaq pullu müştərilərlə alış-verişini edir. Xəstəxanaya giriş də, çıxış da pulludur. Əgər həkimləri qane edən pulun yoxdursa, o halda elə üzü sulu geri dönməlisən. Dərman pereparatlarından tutmuş adi bintə qədər hamısı xəstələrin pulu ilə alınır. Ən acınacaqlısı isə xəstəxananın doğum şöbəsidir. Ora girənin həm pulu, həm də canı alınır. Elə baş həkim Əzizin də əsas qazancı doğum şöbəsindəki həkimlərin soyğunçuluğundan çıxır. Gün ərzində 7 xəstədən, hər birindən 500 manat olmaqla cərrahiyyə yolu ilə uşaq götürülürsə bu hardasa 2500 manat edir. Bu, Əziz həkimin tək bir günlük gəliridir. Hələ digər müxtəlif adlarda bahalı dərman və iynələrə alınan pulları demirəm. Cərrahiyyə yolu Əziz həkimə yaxşı qazanc gətirdiyinə görə məhz bu üsula daha cox üstünlük verir.
Əziz həkimin anoloqu olmayan qaydalarından biri də qapıkəsdidir. Doğum şöbəsinin qapısından içəri girmək üçün mütləq əlin çibində olmalıdır. Bu ən azı 30 manatdır. Əziz həkimin belə iş prinsipi demək olar ki, özbaşınalığın son hətdidir. Yeri gəlmişkən bu yaxınlarda Saatlı rayon sakini Könül Cavadovanın keçirdiyi iztirablar, yaşadığı acılar bir daha onu sübut etdi ki, Sabirabad mərkəzi rayon xəstəxanasının baş həkimi Əziz Mikayılov üçün pul insan taleindən daha üstündür. Zərərçəkmiş qadının anası Tamilə Mirzəyeva deyir ki, doğuşla əlaqədar xəstəxanaya müraciət etsələr də lakin onları doğum şöbəsinin müdürü Kubra adında həkim içəri buraxmayıb. 30 manat pul aldıqdan sonra cərrahiyyə otağına aparıblar. Ofeliya həkim onlardan əməliyyatın aparılması üçün 450 manat pul istəyib. Bunu da veriblər. Uşaq götürüldükdən sonra nə uşağın, nədə ki, ananın səhəti ilə maraqlanan olmayıb. 3 gün tam baxımsız vəziyyətdə qalıblar. Bu müddət ərzində 800 manata yaxın pulları çıxıb. 3-cü gün evə buraxılanda üstündən heç bir saat keçməyib ki, uşaq ölüb.
Uşağın nədən öldüyü barədə rəy verməyən həkimlər başda Əziz Mikayılov olmaqla əksinə hər vəclə çalışırlar ki, özlərinin cinayət əməllərini ört-basdır etsinlər. Hətda bundan ötrü qızının qaynatasına pul da veriblər. Tamilə Mirzəyeva onu da əlavə etdi ki, artıq bir neçə gün olar ki, ərizə ilə Sabirabad rayon prokurorluğuna müraciət edib. Hal-hazırda işlə bağlı araşdırma aparılır. Onuda qeyd edək ki, Əziz Mikayılovun baş həkimi olduğu Sabirabad mərkəzi rayon xəstəxanasında belə çirkin faktlar yetərincədir.
Mövzunu diqqət mərkəzində saxlayacağıq.