backend

Bakıda bir ailənin üç üzvü itib

Bakıda bir ailənin üç üzvü itib






















Polis axtarış aparır.

Bakının Sabunçu rayonunda bir ailənin 3 nəfər üzvü itkin düşüb.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, itkin düşənlər iki bacı - 28 yaşlı Mirkərimova Mürgilə, 25 yaşlı Kərimova Məsməbəyim Miryəhya qızı və sonuncunun oğlu 2 yaşlı Kərimli Nəcəf Kərim oğludur.

Sabunçu rayon polis idarəsi 13-cü polis bölməsindən verilən məlumata görə, həmin şəxslər 6 sentyabr 2014-cü il tarixində təxminən saat 12 radələrində yaşadıqları Sabunçu rayonu Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi ev 4-dən çıxıb və bir daha geri qayıtmayıblar.