backend

Məktəblilərə şad xəbər: Tətil başlayır

Məktəblilərə şad xəbər: Tətil başlayır






















Gələn ildən dərslər iyunun 14-də başa çatacaq.

Sabahdan etibarən Azərbaycanda məktəblər payız tətilinə çıxacaqlar.

qaynarxett.az xəbər verir ki, payız tətili əvvəlki illərdə olduğu kimi 12-17 noyabr tarixlərini əhatə edəcək.

Ümumtəhsil məktəblərində dərs məşğələləri bu il sentyabrın 15-də başlayıb mayın 31-də başa çatacaq.

Dərs ili ərzində 6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr - 5 yanvar), 8 gün yaz tətili (17-24 mart) və birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilib.

Qeyd edək ki, gələn ildən etibarən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək.