backend

Tovuz çayının kənarında milli-mənəvi əxlaqımız

Tovuz çayının kənarında milli-mənəvi əxlaqımız























Nədənsə bu gün Tovuz çayının kənarında yaşanan durum tam əksəriyyəti düşündürür

Yəni, məsələnin mahiyyətinə diqqət yetirdikdə o da bəlli olur ki, son vaxtlar çökəklik bir ərazidə yerləşən kafelərdə milli-mənəvi əxlaqımız tapdaq altına atılır və belə bir addımların qarşılığında, kimlərsə də var-dövlət qazana bilirlər. Məsələn, informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirir ki, bu gün Tovuz çayının kənarında İlqar adlı şəxsə məxsus olduğu bildirilən kafedə, olmazın olaylar baş verir. Yol kənarında bir qədər kənarda və çökəklik ərazidə yerləşən birmərtəbəli kafedə, yaş həddindən asılı olmayaraq qadınlar cinsi istismara məruz qalırlar. Buna səbəb olan amil, İlqar adlı şəxsin lazımi şərait yaratmasıdır.
Məlumatı verən mənbə onu da bildirir ki, həmin kafe yaxın vaxtlardan fəaliyyət göstərməyə başlayıb. Amma buna baxmayaraq, artıq adı dillər əzbəri olan kafedə minbir hoqqalara qol qoyulur, milli-mənəvi əxlaqımız bilərəkdən tapdaq altına atılır. Düşündürücü hal odur ki, həmin kafe kafe kimi yox, əxlaqsızlıq əməllərinə qol qoyulan ünvan kimi fəaliyyət göstərir. Belə bir halın varlığı da olduqca usandırıcı haldır.
Həmin kafe haqda araşdırmamız davam edəcək və geniş, əhatəli açıqlamalarımızı yaxın günlərdə oxuya biləcəksiniz.