backend

Vergilər Nazirliyi Şeyxin otelini “qara siyahı”ya saldı

Vergilər Nazirliyi Şeyxin otelini “qara siyahı”ya saldı











Bakı Şəhər Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində yerləşən "M&M” MMC-yə məxsus "Empire” mehmanxanasında əmlak siyahıya alınıb

Vergilər Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicisinin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən onun 27 628 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə ona bildiriş göndərilsə də borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb və 10 min manat dəyərində məişət avadanlıqları müəyyən edilmiş qaydada siyahıya alınıb.
Bakı yerləşən daha bir müəssisədə - fiziki şəxs Əzizova Sona Nadir qızına məxsus "Nurlan” mağazasında da əmlak siyahıya alınıb. Vergi ödəyicisinin 2 242 manatlıq vergi borcu olduğundan, borcun ödənilməsinin təmin edilməsi məqsədilə mağazadakı 2 300 manat dəyərində geyim və kosmetika məhsulları siyahıya alınıb.
Bakının Nəsimi rayonunda yerləşən "Toğrul” firmasına məxsus plastik məmulatlar istehsal edən sexdə vergi ödəyicisinin 6 971 manat məbləğində yaranmış vergi borcunun ödənilməsini təmin etmək üçün obyektdəki 7000 min manat dəyərində xammal və hazır məhsul müəyyən olunmuş qaydada siyahıya alınıb.
”Empire Hotel Baku" Qafqaz Müsəlmanları İdarəsinin sədri , şeyxülislam Allahşükür Paşazadəyə məxsusdur. Oteli şeyxin yaxın adamlarından Hacı Adəm adlı şəxs idarə edir. Hacı Adəm eyni zamanda Dənizkənarı Milli Parkda böyük biznes şəbəkəsinə sahibdir. Bu biznesin də şeyxin patronajlığı altında olması ilə bağlı iddialar var. Yeri gəlmişkən, Bakının düz məkəzində Xaqani küçəsi 49 saylı ünvanda yerləşən otel də Milli Parkın yaxınlığında yerləşir.