backend

ABŞ Azərbaycan və Ermənistanı sülhə çağırır

ABŞ Azərbaycan və Ermənistanı sülhə çağırır






















“Birləşmiş Ştatlar əvvəl də olduğu kimi yardım etməyə hazırdır”.

ABŞ Dövlət Departamenti Qarabağda təmas xəttində son hadisələrə şərh bildirib.

qaynarxett.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin rəsmi nümayəndəsi Ceffa Ratkenin noyabrın 24-də yayılmış bəyanatında bildirilib.

Onun sözlərinə görə, bu insident və nəticə olan gərginlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasının labüdlüyündən xəbər verir.

“Biz tərəfləri səbir və təmas xəttində gərginliyin artmasına səbəb olacaq davranışdan imtina etməyə çağırırıq. Biz həmçinin tərəfləri səylərini sülh danışıqlarına və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəltməyə çağırırıq. Minsk qrupunu həmsədri kimi, Birləşmiş Ştatlar əvvəl də olduğu kimi yardım etməyə hazırdır”, - Ratke qeyd edib.