backend

BAYRAM SƏFƏROV QARABAĞ İCMASININ SƏDRİ POSTUNDAN GETDİ – Yeni rəhbər kimdir?

BAYRAM SƏFƏROV QARABAĞ İCMASININ SƏDRİ POSTUNDAN GETDİ – Yeni rəhbər kimdir?

Bu gün Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının qurultayı keçirilib.

Qurultayda təşkilatın hazırkı sədri Bayram Səfərov vəzifəsini tərk edib. Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni sədri seçilib.

Həmçinin icmanın vəfat etmiş üzvləri Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simaların seçilib.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib.

Qeyd edək ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 23 üzvü var. Bunlar Bayram Səfərov (sədr), Elçin Əhmədov, Fərhad Bədəlbəyli, Rövşən Rzayev, Elman Məmmədov, Vaqif Fərzəliyev, Şahmar Usubov, Eyvaz Hüseynov, Kamal Abdullayev, Polad Bülbüloğlu, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov, Murad Adıgözəlzadə, Cavid Əliyev, Ceyhun Əliyev, Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov, Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevdir.

Baş verən bu dəyişiklik son vaxtlar intensivləşən Qarabağ danışıqları ilə bağlıdır.