backend

“Müsavatın əleyhinə kimin tapşırığı ilə yazırlar?”

“Müsavatın əleyhinə kimin tapşırığı ilə yazırlar?”















Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədlinin APA-ya “Vurğun Əyyubu Müsavatdan çıxarmağa çalışırlar” fikrinə sözügedən partiyadan cavab verilib

Müsavat partiyasının başqan müavini Səxavət Soltanlı açıqlamasında bildirib ki, kimlərinsə partiyadan uzaqlaşdırılması kimi fikirlər konkret şəxslər haqqında səslənməyib: “Kimlərsə sosial şəbəkədə kiminsə partiyadan çıxarılmasını, yaxud da qəbulunu da səsləndirə bilər. Mən bu fikirlərin konkret şəxslər haqqında səsləndirdiyini görməmişəm. Amma belə fikirlər səsləndirilir ki, nizamnaməyə və partiyanın siyasi xəttinə qarşı çıxanlar qurumdan kənarlaşdırılsın. Biz bu fikirləri səsləndirənləri cəzalandıraqmı? Əgər belə şəxslərə qarşı fikirlər səsləndirənləri rəhbərliyin tapşırığı ilə yazırlar, deyə ittiham ediriksə, o zaman Müsavatın əleyhinə yazanlar, fəaliyyət göstərənlər kimin tapşırığı ilə bunu edirlər? Hər kəs fikir səsləndirəndə diqqətli olsunlar ki, yarana biləcək haqlı suallar qarşısında aciz duruma düşməsinlər”.

S.Soltanlı vurğulayıb ki, nizamnaməyə və partiyanın qərarlarına əməl etmək hər bir partiya üzvünün borcudur: “Bu borcu da hər kəsin hər kəsə xatırlatmaq borcudur. Hər kəsin hüquqları bərabərdir. Hec kimin xüsusi imtiyazi yoxdur”.