backend

Rəsul Quliyevin proqnozları özünü doğrultdu

Rəsul Quliyevin proqnozları özünü doğrultdu

















Dekabrın 1-də Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri bütün dünyanın diqqət mərkəzində oldu. Görüşdən öncə hələ Eks-spiker Rəsul Quliyev açıqlamasında bu görüşdən Putinin nələrə ümidli olduğunu açıqlamışdı

Eks-spikerin növbəti açıqlamasında səfər öncəsi göstərdiyi proqnozların doğrulduğunu söylədi:
Putinin Türkiyə səfərində verdiyim proqnoz 100 faiz təsdiqləndi. Putin Suriya məsələsində Ərdoğana qəti yox dedi. Krım məsələsində Ərdoğan hətta ona krımlıların hüquqlarını qoruduğuna görə sağ ol dedi. İmzaladıqları 8 protokolun heç birinin bir qəpiklik əhəmiyyəti yoxdur. ''Yujnu'' qaz xətti əvəzinə (bu xətt Bolqarıstandan keçməli və ildə 60 milyard kub metr qaz nəql edilməli idi. Aİ -ı iyunda Bolqaristana bu proyekti bağlamağı təklif etdi.Ancaq Bolqarıstan onda yox, Aİ-nın təzyiqindən sonra avqusta proyekti dayandırdı) indi Türkiyədən keçəcək qaz kəmərinə Türkiyə qol çəkdi. Bu müqavilə deyil, protokoldur və absolyut blef protokoldur. Türkiyədən keçəcək həmin 60 milyard qazı kim alacaq? Avropada heç kim. Türkiyə bu qazı bəlkə ərəblərə satmaq istəyir, gülməlidir. Əlbəttə bu gülünc protokollar və müqavilələr nadan insanların gözündə Putinin reytinqini qaldırmağa qulluq edəcəkdir. Çox təəssüf bu işin görülməsinin əsas iştirakçısı Türkiyə oldu. Türkiyə Qərbdə güvəniləsi partnyor imicini birdəfəlik itirdi.