backend

DƏHŞƏT: Ölkədə 7,7 bal gücündə ZƏLZƏLƏ BAŞ VERDİ - SON DƏQİQƏ!



İndoneziyanın şərqindəki Maluku əyalətində rixter cədvəli üzrə 7,7 bal gücündə zəlzələ baş verib.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri, Malukudan 245 kilometr məsafədə yerin 231 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlardan sonra sunaminin baş verə biləcəyi istisna edilmir. Tələfat və zərərçəkənlər barədə məlumat yoxdur.

Mümkün fəsadların aradan qaldırılması üçün bölgəyə çox sayda xilasedici cəlb edilib.