backend

ƏLİ KƏRİMLİ SƏRBƏST BURAXILIB – AXCP sədrinə xəbərdarlıq olunub



Bu gün Müsavat Partiyasının qərargahından çıxarkən saxlanılan AXCP sədri Əli Kərimli bu dəqiqələrdə sərbəst buraxılıb.

Ə.Kərimli Binəqədi Polis İdarəsinin qarşısında qısa açıqlama verib, bildirib ki, ona xəbərdarlıq ediblər. AXCP sədri bildirib ki, heç bir qanunsuzluğa yol verməyiblər.


***

AXCP sədri Əli Kərimli bu gün polis tərəfindən saxlanılıb.

“AzPolitika.info”-nun məlumatına görə, Ə.Kərimli Müsavat partiyasının qərargahında məhkəmə qərarı ilə cərimə olunmuş müxalifətçilərə yardım marafonuna qatılmaq üçün Müsavat Partiyasının qərargahına gəlib, aksiyada iştirak edib və burdan çıxarkən saxlanılıb. Polis onu süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.

AXCP sədrinin hazırda Binəqədi Polis İdarəsində və ya Binəqədi Məhkəməsində olduğu ehtimal olunur.

AXCP-nin rəhbərləri və üzvləri hazırda Binəqədi Polis İdarəsinin qarşısındadırlar. Cəbhəçilərlə polis arasında gərginlik hökm sürür. Polis partiya üzvlərini ərazidən uzaqlaşdırmağa çalışır.

Digər məlumata görə, polis əməkdaşları həmçinin Müsavat partiyasının qərargahına daxil olaraq marafonu dayandırıblar.

musavat