backend

Həbsdə olan yurnalist Qaynarxett.az-a MÜRACİƏT ETDİ: Nicat Cəlilovun DƏRMAN “BİZNESİ” və ya Sizin qiymətiniz 1MANAT 60 QƏPİKDİR...

Həbsdə olan yurnalist Qaynarxett.az-a MÜRACİƏT ETDİ: Nicat Cəlilovun DƏRMAN “BİZNESİ” və ya Sizin qiymətiniz 1MANAT 60 QƏPİKDİR...

Qaynarxett.az-a Penitensiar Xidmətin Müalicə Müəssisəsində məhkumlardan və onların ailə üzvlərindən məcburi rişvət alınması, məhkumlara verilməsi nəzərdə tutulan dərman preparatlarının onlara pulla satılması və digər ciddi məlumatlar daxil olub.

Məlumat verən mənbə iddia edir ki, Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilov hətta psixotrop dərmanları narkotik vasitələrin istifadəsinə görə həbs olunan və psixoloji xəstəliklərdən əziyyət çəkən məhkumlara baha qiymətə satır.

Məlumatların ciddiliyini nəzərə alıb sözügedən müəssisə ilə bağlı şikayət məktubu əsasında geniş jurnalist araşdırması aparacağıq. Bizi izləyin.