Ağsu rayon İcra Hakimiyyətinin başçısı Suraxanı kəndində səyyar qəbul keçirib

Sosial / Bolge 27-09-2019, 22:00


Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Suraxanı kəndində vətəndaşları qəbul edib.

Görüşdə vətəndaşlar tərəfindən həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə, kənddə artezian quyusunun qazılmasına, pay torpaq sahəsinə gedən yolun bərpasına, fevralın 5-də baş vermiş zəlzələdən ziyan çəkmiş evlərin bərpasına köməklik göstərilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Oxunub: 667
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10