backend

SON DƏQİQƏ! Abşeron rayonunun yeni icra başçısı Fuad Cəbrayılov olur - İDDİA

SON DƏQİQƏ! Abşeron rayonunun yeni icra başçısı Fuad Cəbrayılov olur - İDDİA

Adı MTNişində və bir çox rüşvət qalmaqallarda hallanan başçı müavini Fuad Cəbrayılov Abşerona icra başçısı gətirilir.

İXA.az-a bu barədə Abşeron rayon icra hakimiyyətindəki mənbə məlumat sızdırıb.

Bildirilib ki, Fuad Cəbrayılov yaxın aylarda Abşeronun icra başçısı olur.

İddia olunub ki, illər öncə Fuad Cəbrayılovun adı MTN qalmaqalında hallansada özünü sığortalaya bilmişdir. Baxmayaraq ki, İlqar Əliyev və Akif Çovdarovla yaxınlığı ilə fərqlənən Cəbrayılov hazırkı icra başçısına qarşı jurnalis dostlarnı gizli təşkilatlandırıb.

Mənbə bildirib ki, İradə Gülməmmədova keçirdiyi bütün tədbirlərdə izlənir. Başçının getdiyi yerlər, görüşdüyü şəxslərlə bağlı çəkilən foto şəkillər Fuad Cəbrayılovun rəhbərliyi altında həyata keçirilir.

Tədbir və görüşlərdə çəkilən bir neçə foto icra başçısına göstərilir. Qalan əcaib çəkilənşəkillər isə gizlicə bəzi saytlara ötürülür ki, rayon rəhbərinə qarşı istifadə olunsun. Mənbənin iddiasına görə icra başçısın qardaşı da F. Cəbrayılov tərəfdən tələyə salınıb.

Beləki, məlum apartmanın tikitisinin aparılması üçün başçı qardaşı tərəfindən alınan pulu Cəbrayılov ələ keçirtmək üçün bir neçə jurnalist dostundan istifadə edib. Bundan sonra tikinti işləri dayadırılıb. Və, Cəbrayılov, Akif Əliyevin əli ilə həmin tikinti sahibindən ikiqat pul alaraq tikintinin aparılmasına nail ola bilib. Ümumiyyətlə F.Cəbrayılov Abşeron icrada başçıya sadiq adamları qarayaxmalarla sıradan çıxarıb, qarşısını təmizləyir. Bu təmizlik işi isə aylar sonra ona veriləcək yüksək vəzifəyə gəlmək üçün lazım olacaq. Bu səbəbdən də Cəbrayılov İ.Gülməmmədovanı taxtan salmaq üçün tez-tez Zakir Fərəcov kartından da istifadə edir.

Deyə biləri ki, Kraliçanın rayonda buraxdığı boşluqlar və baş alıb gedən qanunsuzluqlar getdikcə onun hökümranlığının əcəl zənginə çevrilir. Səbəb və nəticələrə baxdıqda, aylar sonra həqiqətən də Fuad Cəbrayılov əməyinin bəhrəsini görə biləcəyi qaçılmazdı.

Qarşı tərəfidə dinləməyə hazırıq