backend

Bakıda yük avtomobili yandı: Tunel bağlandı - FOTOLAR

Bakıda yük avtomobili yandı: Tunel bağlandı - FOTOLAR































Təhlükəsizlik baxımından avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Bakıda maşın yanıb.

qaynarxett.az aznews.az-a istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl Nəsimi rayonu ərazisində - Ziya Bünyadov prospektinə birləşən tunelin girişində yük maşını qəfildən alışıb.

Hadisə şahidlərinin sözlərinə görə, hansısa şirkətə məxsus olan həmin yük avtomobilinin içi ərzaqla dolu olub. Bütövlükdə alışan avtomobili söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çağırılıb.

Təhlükəsizlik baxımından yol polisləri əməkdaşları avtomobillərin hərəkətini tamamilə məhdudlaşdırıb.

Bakıda yük avtomobili yandı: Tunel bağlandı - FOTOLAR

Bakıda yük avtomobili yandı: Tunel bağlandı - FOTOLAR