backend

62 yaşlı qadın daşla döyüldü - Hacıqabulda dəhşət




Hacıqabul sakini evində daşla döyülüb.
Qaynarxett.az-ın xəbərinə görə, hadisə Hacıqabul rayonunun Qarasu kəndində qeydə alınıb.
Naməlum şəxs sözügedən kəndin sakini, 1958-ci il təvəllüdlü Şıxəliyeva Gülüstan Həbulla qızının yaşadığı evə daxil olaraq, onu daşla amansızcasına döyüb.
Yaşlı qadın çoxsaylı ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qadına hücum edən şəxs Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./APA