backend

Kafe və restoranlar açılır – Prezidentin köməkçisi



Növbəti həftə Azərbaycanda kafe və restoranların fəaliyyətinə qismən icazə veriləcək.


“Yeni Sabah” xəbər verir ki, bunu prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O, bildirib ki, gələn həftədən restoran və kafelərin açıq havada yerləşən hissələrində fəaliyyətin bərpa olunması müzakirə olunur. 
Ondan bir həftə sonra isə rayonlara gediş gəlişin bərpası ilə bağlı hazırda müzakirə aparılığını qeyd edib.