backend

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb


















Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İran İslam Respublikası istiqamətindən Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 11 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, 06.12.2014-cü il tarixdə Bakı-Astara yolunun Biləsuvar-Cəlilabad hissəsində həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri 15.11.1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 10.10.1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu narkotik vasitə olan 10 kq tiryək və 1 kq heroinlə saxlanılıblar.

Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.