Tibb Universitetinin qarşısında qız oğurluğu

hadise 17-12-2014, 18:46
Tibb Universitetinin qarşısında qız oğurluğu























Tamahkar Məmmədovlara ağır cəza verildi

Məmmədov və Camal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

qaynarxett.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan təqsirləndirilən şəxslərin barəsində həbs qətiimkan tədbiri seçilib və onlar məhkəmə zalından həbs ediliblər.

Qeyd edək ki, hadisə Bakının Nəsimi rayonunda, Tibb Universitetinin qarşısında baş verib. Əhməd və Camal Məmmədovlar həmin universitetin qarşısında 18 yaşlı Samirəni (ad şərti verilib) oğurlamağa cəhd ediblər.

Məlumata görə, Məmmədovların məqsədi Samirəni evlənmək üçün qaçırmaq olmayıb.

Onlar qızı tamah məqsədilə oğurlamaq istəyiblər. Proses qapalı keçirildiyi üçün ittihamın təfərrüatı tam açıqlanmır.

Bildirilir ki, qızın səs-küy salması və ərazidə xidmət aparan polislərin işə müdaxiləsindən sonra Məmmədovların cinayəti başa çatdırmaq niyyətləri baş tutmayıb. Hər iki təqsirləndirilən şəxs həbs edilib.
Oxunub: 1 176
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10