backend

Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov özünü “sultan” élan edib

Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov özünü “sultan” élan edib













Rayon əhlini susuz qoyan Soltan Camalov nə işdə tapılır, nə də ki, Qaxda

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Soltan Camalovu tapmaq istəyən onu öz restoranında tapa bilər. Səhər 10-da idarəyə gələrək yanacaqdan əldə olunan pulları cibinə yığaraq, 20 dəqiqədən sonra aradan çıxır. Rayonda özünü Əhməd Əhmədzadənin qohumu kimi hər çatana təqdim edən Soltan bəy o qədər pullanıb ki, heç kimi saymır.

Jurnalistlər onun qəbuluna düşmək üçün gərək Əhməd Əhmədzadədən icazə ala. Soltan Camalov özünü nazir kimi aparır. İdarənin hər künc-bucağına monitorlar qoyub, insanları güdməklə məşğuldur. Onun maxinasiyaları ilə bağlı bizə daxil olan informasiyalar onu göstərir ki, bu insan rayonda nə istəyirsə onuda edir. Ayrılan ehtiyat hissələri, yanacağı ona-buna satdırıb villalar, restoranlar, istirahət mərkəzləri tikdirir.

Rayonda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə qohumluq əlaqələri qurub gələcəyini təmin edən Soltan Camalov fəaliyyəti dövründə çox böyük qanunsuzluqlara imza atdığı söylənilir. Kifayət qədər nöqsanların aşkarlanmasına baxmayaraq heç bir tədbir görülmür. İndi qaxlıları bir məsələ düşündürür: Görəsən bu adama bir dur deyən tapılacaqmı?

Əsgər Azad